“Fulhem” 3 futbolçusu ilə müqavilə yeniləyib - RƏSMİ
15.05.2025 - 23:56
“Fulhem” 3 futbolçusu ilə müqavilə yeniləyib - RƏSMİ

İngiltərə Premyer Liqası təmsilçilərindən "Fulhem" 3 futbolçusu ilə yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, bunlar Adama Traore, Raul Ximenez və Harri Vilsondur.

Hər üç oyunçu ilə 1 illik yeni müqavilə imzalanıb.

Qeyd edək ki, "Fulhem" Premyer Liqada topladığı 51 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.