Gedson Fernandeş "Spartak" yolunda: "Beşiktaş"ın qazancı bəlli oldu
28.07.2025 - 13:46
Gedson Fernandeş "Spartak" yolunda: "Beşiktaş"ın qazancı bəlli oldu

"Beşiktaş"da daha bir ayrılıq baş tutacaq.

Apasport.az xəbər verir ki, Gedson Fernandeş komandanı tərk edəcək.

Bu barədə insayder Yağız Sabuncuoğlu paylaşım edib.

Onun sözlərinə görə, futbolçu karyerasını "Spartak"da davam etdirəcək.

Moskva təmsilçisi transfer üçün "Beşiktaş"a 20+5 milyon avro ödəyəcək. "Qırmızı-ağlar"ın 26 yaşlı mərkəz yarımmüdafiəçisinə 4 illik müqavilə təklif etdiyi bildirilir. Fernandeşin maaşı ildə 3,5 milyon avro olacaq.

Qeyd edək ki, Gedson ötən mövsüm 34 oyunda 7 qolla yadda qalıb.