“Mançester Siti” Erlinq Haalandla bağlı yayılan iddialara sərt reaksiya verib.
Apasport.az xəbər verir ki, İngiltərə klubu “Real”ın prezidentliyinə namizəd Enrike Rikelmenin açıqlamalarından narazı qalıb.
Rikelme seçkidə qalib gələcəyi halda Haalandın "Siti"ylə müqaviləsində satınalma bəndindəki məbləğini ödəyərək Madrid klubuna gətirəcəyini bildirib. O, hətta efirdə norveçli hücumçunun adı yazılmış “Real” forması ilə kameralar qarşısına çıxıb.
“Mançester Siti” isə İspaniyadan yayılan bu xəbərlərin həqiqəti əks etdirmədiyini açıqlayıb. Klub Haalandın ayrılığını mümkün edəcək hər hansı müqavilə bəndinin olmadığını vurğulayıb.
İngiltərə təmsilçisi futbolçunun görüntüsünün bu kontekstdə istifadə olunmasına görə hüquqi addımlar atmağı da nəzərdən keçirir.
Qeyd edək ki, Erlinq Haaland 2025/2026 mövsümündə “Mançester Siti”nin heyətində Premyer Liqada 35 oyuna çıxıb, 27 qol vurub və 8 məhsuldar ötürmə edib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"