Haalanddan vecsiz etiraf - “Fransa bizi məğlub edəcək”
23.06.2026 - 10:11
Norveç millisinin hücumçusu Erlinq Haaland Fransa ilə qarşıdakı oyun barədə maraqlı açıqlama verib.
Apasport.az xəbər verir ki, ulduz futbolçu rəqibin turnirin əsas favoritlərindən biri olduğunu bildirib.
Haaland Fransa ilə görüşə xüsusi yanaşmadığını etiraf edib:
"Fransaya qarşı oynamaq çox da vecimə deyil. Böyük ehtimalla bizi məğlub edəcəklər, yəqin ki, turniri də qazanacaqlar".
Qeyd edək ki, Norveç DÇ-2026-da keçirdiyi ilk iki oyunda İraqı (4:1) və Seneqalı (3:2) məğlub edərək 1/16 finala vəsiqəni təmin edib. Komanda qrup liderliyi üçün son turda Fransa ilə qarşılaşacaq.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
0
0