Həftənin ən yaxşısı adına namizədlər bəlli oldu
01.05.2025 - 13:14
Həftənin ən yaxşısı adına namizədlər bəlli oldu

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk matçları keçirilib.

Apasport.az xəbər verir ki, oyunlardan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Siyahıda Vitinya (PSJ) və Denzel Dumfris ("İnter") yer alıb.

PSJ-nin futbolçusu "Arsenal"la görüşdəki performansı ilə namizəd olub. Dumfris isə "Barselona" ilə görüşdə (3:3) 2 vurub, 1 assist edib.

Qeyd edək ki, qalib UEFA-nın saytında keçirilən səsvermədən sonra açıqlanacaq.