Həftənin futbolçusu bəlli oldu - 2 qol və 1 məhsuldar ötürmə ilə
02.05.2025 - 13:38
Həftənin futbolçusu bəlli oldu - 2 qol və 1 məhsuldar ötürmə ilə

Çempionlar Liqasında həftənin futbolçusu bəlli olub.

Apasport.az xəbər verir ki, bu ada "İnter"in müdafiəçisi Denzel Dumfris layiq görülüb.

O, turnirin yarımfinal mərhələsinin "Barselona" ilə matçındakı (3:3) çıxışına görə mükafatlandırılıb.

Niderland millisinin üzvü həmin görüşdə 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Səsvermə nəticəsində Dumfris PSJ-nin futbolçusu Vitinyanı geridə qoyub.