Bu gün Türkiyə Futbol Federasiyasının (TFF) Maliyyə Baş Assambleyası keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə qurumun prezidenti İbrahim Hacıosmanoğlu bir sıra açıqlamalarla çıxış edib.
Federasiya rəhbəri yeni mövsümdə bir çox yeniliyin tətbiq olunacağını bildirib: "Son bir ildə Türkiyə futbolunun inkişafı üçün əlimizdən gələni etdik. Ötən ay prezidentimiz bildirdi ki, yerli futbolu dünyada layiq olduğu mövqeyə gətirməliyik. Bizim istəyimiz münaqişə deyil, sağlam rəqabətdir. Əgər yetişdirə bilsək, yeni mövsümdən etibarən hakimlərin üzərinə yaxa kamerası taxılacaq. Matç zamanı yaşanan hər bir hadisə lentə alınacaq”.
Qeyd edək ki, İbrahim Hacıosmanoğlu 2024-cü ilin yayından etibarən Türkiyə Futbol Federasiyasının prezidentidir.
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı