“Qalatasaray”ın ulduz futbolçusu Mauro İkardinin karyerasını Səudiyyə Ərəbistanınında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 32 yaşlı hücumçu ilə NEOM yaxından maraqlanır.
Bu barədə İtaliyanın “TuttoMercato” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, Səudiyyə Ərəbistanı təmsilçisi argentinalı forvardı qış transfer pəncərəsində heyətinə qatmaq niyyətindədir.
İkardinin “Qalatasaray”la müqaviləsi cari mövsümün sonunda başa çatacaq. Bununla belə, futbolçu İstanbul klubu ilə yeni müqavilə imzalamaq istəyir.
Qeyd edək ki, Mauro İkardi 2022-ci ildən “sarı-qırmızılılar”ın formasını geyinir.
- "Beşiktaş"ın Nunyez planı gözləyir
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda