İlkay Gündoğan “Qalatasaray” üçün İSTANBULDA
02.09.2025 - 17:13
İlkay Gündoğan “Qalatasaray” üçün İSTANBULDA

"Qalatasaray"ın razılıq əldə etdiyi "Mançester Siti"nin futbolçusu İlkay Gündoğan İstanbula gəlib.

Apasport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

“Sarı-qırmızılılar”ın 34 yaşlı yarımmüdafiəçi ilə tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, Almaniya millisinin sabiq üzvü ötən mövsüm "Siti"nin heyətində meydana çıxdığı 54 rəsmi matçda 5 qol və 8 assistlə yadda qalıb.