İngilis futbolçu Premyer Liqada klubunu dəyişə bilər
12.10.2025 - 20:54
“Kristal Palas”ın yarımmüdafiəçisi Adam Uorton Premyer Liqada klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, 21 yaşlı futbolçu ilə "Mançester Yunayted" yaxından maraqlanır.
Bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Məlumata görə, “qırmızı şeytanlar” Uortonu qışda heyətinə qatmağı planlaşdırır.
İngiltərə millisinin üzvünün potensial keçidinin dəyəri təxminən 60 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Adam Uortonun “qartallar”la müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.
- Spallettidən Martinez açıqlaması – "Hazırda iki qapıçımız var"
- "Beşiktaş"ın Nunyez planı gözləyir
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
0
0