İngiltərə millisinin üzvü əməliyyat olundu - MÖVSÜMÜ BAĞLADI
10.02.2026 - 15:31
İngiltərə millisinin üzvü əməliyyat olundu - MÖVSÜMÜ BAĞLADI

İngiltərənin "Everton" klubunun heyətində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, ayaq sümüyündə sınıq olan Cek Qriliş əməliyyat olunub.

30 yaşlı vinger bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

İngiltərə millisinin üzvü mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək. futbolçu yayda məşqlərə başlaya biləcək.

Qeyd edək ki, "Everton" Cek Qrilişi mövsümün əvvəlində "Mançester Siti"ddən icarəyə götürüb. Təcrübəli oyunçu Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.