"İnter" Dimarko ilə bağlı QƏRARINI VERDİ
10.02.2026 - 20:15
"İnter" Dimarko ilə bağlı QƏRARINI VERDİ

"İnter" müdafiəçisi Federiko Dimarko ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, klub onunla müqaviləni yeniləmək niyyətindədir. 

Bu barədə insayder Nikolo Skira məlumat yayıb. Onun sözlərinə görə, tərəflər arasında razılıq əldə olunub.

28 yaşlı sol cinah müdafiəçisinin hazırkı müqaviləsi 2027-ci ilin yayına kimidir. Onunla 3 illik yeni sözləşmə imzalanacaq.

Qeyd edək ki, Dimarko "İnter"in yetirməsidir.