“İnter” Türkiyə millisinin üzvü ilə yollarını ayıra bilər
13.06.2025 - 16:31

Simone İnzaqinin yerinə posta keçən Kristian Kivu Hakan Çalhanoğlu ilə yollarını ayıra bilər.
Apasport.az xəbər verir ki, bu barədə “La Qazetta Del Sport” məlumat yayıb.
Yeni baş məşqçinin gəlişi ilə “İnter” türk yarımmüdafiəçini münasib qiymətə satmağa hazırdır. "İnter" Səudiyyə Ərəbistanı klublarının və “Qalatasaray”ın maraq dairəsində olan futbolçu üçün 40 milyon avro istəyir.
Qeyd edək ki, Türkiyə millisinin üzvü “İnter”ə 2021-ci ilin yayında qoşulmuşdu.
0
0