"İnter"dən Çivu qərarı
04.05.2026 - 13:58
"İnter" baş məşqçisi Kristian Çivu ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, klub onunla əməkdaşlığı davam etdirmək niyyətindədir.
Tərəflər müqavilənin uzadılması ilə bağlı danışıqların son mərhələsindədirlər.
Yeni sözləşmə 2028-ci ilə qədər qüvvədə olacaq. Mütəxəssis illik 4 milyon avro qazanacaq.
Müqavilənin cari mövsümün sonunda imzalanması gözlənilir.
Qeyd edək ki, "İnter" dünən İtaliya A Seriyasının qalibi olub.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0