İran gözləmədədir - Taleyi Əlcəzair - Avstriya matçından asılıdır
28.06.2026 - 06:08
İran gözləmədədir - Taleyi Əlcəzair - Avstriya matçından asılıdır

DÇ-2026-nın J qrupunda keçirilən Əlcəzair - Avstriya görüşü 1/16 finala vəsiqə baxımından böyük əhəmiyyət daşıyır.

Apasport.az xəbər verir ki, bu qarşılaşmada komandalardan hər hansı biri qalib gələrsə, məğlub tərəf mübarizəni dayandıracaq, İran isə ən yaxşı üçüncülər sırasında 1/16 finala yüksələcək.

Matç heç-heçə başa çatacağı təqdirdə isə həm Əlcəzair, həm də Avstriya növbəti mərhələyə adlayacaq, İran isə mundialla vidalaşacaq. 

Turnirin son 1/16 final vəsiqəsinin taleyini müəyyənləşdirəcək qarşılaşmanın nəticəsi böyük maraqla gözlənilir.