İsmail Kartal yenidən “Fənərbaxça”da - YENİLƏNİB
18.06.2026 - 14:10
İsmail Kartal yenidən “Fənərbaxça”nın baş məşqçisi təyin olunub.
Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssis müqavilə imzalamaq üçün klubun binasına gəlib.
Bunu klubun mətbuat xidməti açıqlayıb.
"Sarı-lacivərdlilər" mütəxəssisin təyinatını KAP-a bildirib. Sözləşmə bir illik nəzərdə tutulub.
Qeyd edək ki, İsmail Kartal daha əvvəl iki dəfə “Fənərbaxça”nı çalışdırıb.
0
0