İspaniya millisinin heyətində dəyişiklik
08.10.2025 - 16:03

Futbol üzrə İspaniya milli komandasında dəyişiklik edilib.
Apasport.az xəbər verir ki, “Real Madrid”in müdafiəçisi Din Huysen zədə səbəbindən yığmanın heyətindən kənarlaşdırılıb.
Bu barədə İspaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
20 yaşlı oyunçunun sol ayağında əzələ zədəsi aşkarlanıb.
Onun əvəzinə “Atletik”dən Aymerik Laport düşərgəyə dəvət olunub.
Qeyd edək ki, İspaniya milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Gürcüstanı, 14-də isə Bolqarıstanı qəbul edəcək.
0
0