İspaniya millisinin üzvü “Arsenal” yolunda
25.06.2025 - 20:58
"Çelsi"nin qapıçısı Kepa Arrisabalaqa İngiltərə Premyer Liqasında klubunu dəyişəcək.
Apasport.az xəbər verir ki, ispaniyalı qolkiper "Arsenal"a keçəcək.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. "Arsenal" İspaniya millisinin üzvü üçün 5 milyon funt-sterlinq təzminat ödəyəcək.
Qeyd edək ki, Kepa Arrisabalaqa ötən mövsüm icarə əsasında "Bornmut"un formasını geyinib.
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
- “Qalatasaray”ın futbolçusu 10 Avropa nəhənginin hədəfində
0
0