İspaniya millisinin üzvü Fransada çıxış edə bilər
28.05.2025 - 22:58
İspaniya millisinin üzvü Fransada çıxış edə bilər

Fransa Liqa 1 təmsilçilərindən “Marsel” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, komanda “Əl-Nəsr”də çıxış edən Emerik Laport ilə şifahi razılığa gəlib.

Bu barədə Fransa mətbuatı məlumat yayıb.

İddialara görə, müdafiəçinin yaxın günlərdə klubla müqavilə imzalaması gözlənilir.

Xatırladaq ki, 31 yaşlı oyunçu "Əl-Nəsr"ə 2023-cü ildə "Mançester Siti”dən 27,5 milyon avroya transfer olunmuşdu.

İspaniya millisinin üzvü bu mövsüm komandasının heyətində iştirak etdiyi 30 rəsmi matçda 5 qolla yadda qalıb.