İspaniya millisinin üzvü "Real"ı tərk edəcək - ROMANO AÇIQLADI
24.04.2026 - 11:46
“Real Madrid”in yarımmüdafiəçisi Dani Sebalyos mövsümün sonunda komandadan ayrılacaq.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 29 yaşlı futbolçu bir neçə klubla danışıqlar aparır.
İspaniya millisinin üzvü ilə “Ayaks” yaxından maraqlanır.
Qeyd edək ki, Sebalyos bu mövsüm “Real Madrid”in heyətində 22 rəsmi oyunda iştirak edib. Onun “kral klubu” ilə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
- Tilemans dubl etdi - Oyunun ən yaxşı futbolçusu seçildi
- Seneqal tarix yazdı - DÇ-da buna nail olan ilk Afrika millisi
- Sarr tarix yazdı - Seneqal millisinin rekordçusu oldu
- “Beşiktaş” Trossar üçün “Arsenal”la razılaşdı - Futbolçunun tələbləri bitmir
- “Bavariya” açıqladı - Saibari ilə 2031-ci ilə qədər müqavilə
0
0