"Barsa" İspaniya Superkubokunun qalibi olub - YENİLƏNİB
12.01.2026 - 01:06
"Barsa" İspaniya Superkubokunun qalibi olub  - YENİLƏNİB

Futbol üzrə İspaniya Superkubokunun finalında bu gün "El Klasiko" baş tutub.

Apasport.az xəbər verir ki, həlledici oyunda "Real" və "Barselona" komandaları üz-üzə gəlib.

Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Gərgin keçən görüşdə azarkeşlər 5 qola şahidlik ediblər. Oyun kataloniyalıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Barselona" tarixində 16-cı dəfə İspaniya Superkubokunun sahibi olub.

İspaniya Superkuboku
Final
23:00. “Barselona” - “Real Madrid” - 3:2
Qol: Rafinya, 35, 73, Vinisius Jr, 45+2, R. Levandovski, 45+4, Q. Qarsiya, 45+6