İspaniyalı hücumçu İngiltərədə çıxış edə bilər
22.11.2025 - 12:16
“Tottenhem” “Portu”nun hücumçusu Samu Omorodionla ciddi şəkildə maraqlanır.
Apasport.az xəbər verir ki, bu barədə “TeamTalk” məlumat yayıb.
Məlumata görə, London klubunun baş məşqçisi Tomas Frank 21 yaşlı ispaniyalı hücumçunu öz taktiki sisteminə tam uyğun futbolçu hesab edir.
Gənc forvardın “Portu” ilə müqaviləsi 30 iyun 2029-cu ilə qədər qüvvədədir.
Qeyd edək ki, Omorodion cari mövsümdə Portuqaliya nəhənginin heyətində 14 matça çıxaraq 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Fulhem” “Real”ın hücumçusu üçün danışıqlara başladı
- Foden "Mançester Siti"də qaldı – Yeni müqavilə imzaladı
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
0
0