İstanbul klubundan "Fənərbaxça"nın müdafiəçisinə təklif
12.01.2026 - 17:51
İstanbul klubundan "Fənərbaxça"nın müdafiəçisinə təklif

"Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedeskonun qərarı ilə əsas komandadan uzaqlaşdırılan Rodriqo Bekao Super Liqada klubunu dəyişə bilər.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Kasımpaşa" braziliyalı futbolçunu icarəyə götürmək istəyir. İstanbul təmsilçisinin baş məşqçisi Emre Belözoğlu Bekao ilə şəxsən əlaqə saxlayaraq onu komandasına dəvət edib. 29 yaşlı mərkəz müdafiəçisi "Kasımpaşa"ya keçməyə isti yanaşır.

Qeyd edək ki, Rodriqo Bekao bu mövsüm "Fənərbaxça"nın heyətində cəmi 1 oyunda 6 dəqiqə meydanda olub.