İtaliya millisinin forvardı Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ
22.07.2025 - 11:24

“Atalanta”nın forvardı Mateo Reteqi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Apasport.az xəbər verir ki, 26 yaşlı hücumçu “Əl-Qadisiya” klubuna transfer olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında əldə edilən razılaşmaya əsasən, Səudiyyə təmsilçisi futbolçu üçün qarşı tərəfə 68,25 milyon avro ödəyəcək.
Mateo yeni komandasında illik 20 milyon avro məvacib qazanacaq.
Qeyd edək ki, İtaliya millisinin üzvü olan Reteqi ötən mövsüm A Seriyada 25 qol vuraraq bombardir olub.
0
0