İtaliya millisinin üzvü daha 5 il “Yuventus”da
24.07.2025 - 19:09
İtaliya millisinin üzvü daha 5 il “Yuventus”da

"Yuventus" Federiko Qattinin müqaviləsinin müddətini uzadıb.

Apasport.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İtaliya millisinin üzvü ilə 5 illik yeni sözləşmə imzalanıb.

Xatırladaq ki, "Yuventus" Federiko Qattini 2022-ci ilin yanvar ayında "Frozinone"dən transfer edib.

Qeyd edək ki, 27 yaşlı mərkəz müdafiəçisi ötən mövsüm "ağ-qaralar"ın heyətində meydana çıxdığı 46 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.