İtaliya Superkubokunun final cütü BƏLLİ OLDU
20.12.2025 - 01:11
Səudiyyə Ərəbistanında keçirilən İtaliya Superkubokunun yarımfinal mərhələsində “İnter” və “Bolonya” komandaları üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac yaranıb. Bu mərhələdə daha dəqiq oynayan “Bolonya” rəqibini 3:2 hesabı ilə məğlub edərək finala yüksəlib.
Qeyd edək ki, komanda həlledici görüşdə “Napoli” ilə qarşılaşacaq.
0
0