Kabo-Verde futbol millisi tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, yığma bu uğura DÇ-2026-nın seçmə mərhələsində Esvatiniyə 3:0 hesabı ilə qalib gəlməklə nail olub.
Bununla da Kabo-Verde yer aldığı qrupu on turdan sonra 23 xalla lider tamamlayıb.
Qeyd edək ki, Kabo-Verde dünya çempionatına vəsiqə qazanan 22-ci komanda olub. Daha əvvəl Meksika, ABŞ, Kanada (hamısı ev sahibi), Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Avstraliya, Özbəkistan, Yeni Zelandiya, Argentina, Ekvador, Braziliya, Kolumbiya, Uruqvay, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair və Qananın mundialın final mərhələsində iştirak edəcəyi müəyyənləşmişdi.
- "Beşiktaş"ın Nunyez planı gözləyir
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda