Kante “Fənərbaxça”da - RAZILIQ ƏLDƏ OLUNDU
02.02.2026 - 22:36
Kante “Fənərbaxça”da - RAZILIQ ƏLDƏ OLUNDU

“Fənərbaxça”nın bir müddətdir heyətinə qatmağa çalışdığı Nqolo Kantenin gələcəyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçinin İstanbul təmsilçisinə keçidi baş tutacaq.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Onun sözlərinə görə, transferin rəsmiləşməsi üçün Səudiyyə Pro Liqası keçidə icazə verib. Razılaşmaya əsasən, Yusif En-Nesiri “Əl-İttihad”a transfer olunacaq.

Qeyd edək ki, Nqolo Kante 2023-cü ildən “Əl-İttihad”ın formasını geyinir.