Türkiyə Super Liqasında mövsümün nəticələrinin rəsmən təsdiqlənməsi ilə bağlı qalmaqallı proses başlayıb.
Apasport.az xəbər verir ki, “Kayserispor” bu gün Türkiyə Futbol Federasiyası, UEFA və FIFA-ya rəsmi müraciət göndərərək çempionatın yekun nəticələrinin təsdiqlənməməsini tələb edəcək.
Klub buna səbəb kimi Super Liqada mərc oyunlarında iştirak etdiyi iddia olunan klub prezidentləri və idarəçilərinin olmasını göstərəcək.
Məsələ ilə bağlı prosesi MHP-nin Kayseri millət vəkili Baki Ersoy aparır. Onun UEFA prezidenti Aleksander Çeferinə də görüş üçün müraciət etdiyi qeyd olunur.
Baki Ersoy bununla bağlı MHP sədri Dövlət Baxçalı ilə də görüş keçirib. Görüşdə o, Super Liqanın nəticələrinin niyə təsdiqlənməməli olduğuna dair hazırladığı sənəd və məlumatları partiya sədrinə təqdim edib.
Qeyd edək ki, “Kayserispor” başa çatan mövsümü 17-ci yerdə bitirib və Super Liqanı tərk edib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”