Keçmiş "Fənər"li PSJ-yə keçə bilər
08.06.2025 - 13:32
"Bavariya"nın müdafiəçisi Kim Min-ce karyerasını Fransada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, PSJ cənubi koreyalı futbolçunu transfer etmək istəyir.
PSJ-nin idman direktoru Luis Kampos sabiq "Fənərbaxça"lının meneceri ilə görüşüb. Almaniya klubu 28 yaşlı mərkəz müdafiəçisi üçün 50 milyon avro tələb edir.
Qeyd edək ki, "Bavariya" Kim Min-ceni 2023-cü ilin yayında "Napoli"dən transfer edib. Cənubi Koreya millisinin üzvü ötən mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 3 qol vurub.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0