Kerem Aktürkoğlu "Benfika"da qalacaq: "Fənərbaxça" transferi yarımçıq oldu
22.08.2025 - 14:51
Kerem Aktürkoğlunun taleyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, o, "Benfika"da qalacaq.
Bu barədə Portuqaliyanın "A Bola" nəşri məlumat yayıb.
Bildirilib ki, klub hücumçu heyətində saxlamağa qərar verib. Lissabon təmsilçisi ona yüksək maaşla yeni müqavilə təklif edəcək.
Keremin özünün də komandada qalacağı bildirilib.
Qeyd edək ki, "Benfika" Aktürkoğlunu 12 milyon avro qarşılığında "Qalatasaray"dan transfer edib.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0