Kerem Demirbayın yeni klubu bəlli olub
15.01.2026 - 18:51
Kerem Demirbayın yeni klubu bəlli olub

Türkiyə Super Liqa təmsilçisi “Eyüpspor”la yollarını ayıran Kerem Demirbayın yeni klubu bəlli olub.

Apasport.az xəbər verir ki, almaniyalı yarımmüdafiəçi karyerasını “Kasımpaşa”da davam etdirəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 32 yaşlı futbolçu ilə 3,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kerem Demirbay cari mövsümdə “Eyüpspor”un heyətində 16 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.