Kolumbiyalı vinger “Qalatasaray”da
23.01.2026 - 21:17
Kolumbiyalı vinger “Qalatasaray”da

"Qalatasaray" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, komanda "Jirona" forması geyinən Yaser Asprilya ilə anlaşıb.

Bu barədə yerli mətbuat məlumat yayıb.

İddialara görə, 22 yaşlı kolumbiyalı vinger mövsümün sonunadək icarə əsasında "sarı-qırmızılılar"ın şərəfini qoruyacaq.

Qeyd edək ki, "Jirona" Yaser Asprilyanı 2024-cü ildə "Uotford"dan 18 milyon avroya transfer etmişdi. O, bu mövsüm La Liqa təmsilçisi ilə meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 1 assistlə yadda qalıb.