“Komo” “Barsa”nın futbolçusunu birdəfəlik transfer edəcək
22.05.2025 - 01:38

Hazırda karyerasını icarə əsasında A Seriyası təmsilçilərindən "Komo"da davam etdirən və müqavilə ilə "Barselona"ya aid olan Aleks Valyenin gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, İtaliya klubu futbolçunu birdəfəlik transfer edəcək.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, "Komo" 21 yaşlı sol cinah müdafiəçisi üçün kataloniyalılara 6 milyon avro ödəyəcək.
Qeyd edək ki, ispaniyalı futbolçu A Seriyası təmsilçisi ilə 14 rəsmi matçda iştirak edib.
0
0