İtaliya A Seriyası təmsilçisi "Komo" yarımmüdafiəçisi Dele Alli ilə yollarını ayıra bilər
Apasport.az xəbər verir ki, ingiltərəli futbolçu hazırda komandadan ayrı şəkildə fərdi məşqlər edir.
29 yaşlı futbolçunun Fabreqasın gələn mövsüm üçün planlarında yer almaması "Komo" məcarasının erkən başa çatacağı siqnalını verir.
Uzun müddət futbolsuz qalan İngiltərə millisinin sabiq üzvünə 2025-ci ilin qış transfer pəncərəsində ispaniyalı mütəxəssis tərəfindən şans verilib. Lakin o, komandası ilə meydana çıxdığı yeganə matçında qırmızı vərəqə ilə cəzalandırılaraq oyundan kənarlaşdırılıb.
Qeyd edək ki, Dele Alli 2022/23 mövsümünün sonundan etibarən futboldan kənar qalmışdı.
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
- "Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi