“Komo”dan “Benfika”ya
04.02.2025 - 16:28

Portuqaliya təmsilçilərindən “Benfika” hücum xəttini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, klub mövsümün sonuna qədər icarə əsasında “Komo”dan olan hücumçu Andrea Belottini heyətinə qatıb.
O, Lissabon təmsilçisində 19 nömrəli forma geyinəcək.
İtaliya Milli Komandası ilə Avropa çempionu olan futbolçu bu mövsüm A Seriyasında “Komo” forması ilə bütün turnirlərdə 19 matça çıxıb və 2 qol vurub.
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
- Salah Premyer Liqada mövsümün antirekordunu təkrarlayıb
- Jurnalistin sualı Mourinyonu özündən çıxardı: "MƏQSƏDİNİZ NƏDİR?"
0
0