Konfrans Liqasının qalibi komandanı tərk etdi
02.06.2026 - 21:11
"Kristal Pelas"da ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, klub baş məşqçisi Oliver Qlasnerlə yollarını ayırıb.
Bunu İngiltərə təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Mütəxəssis 2024-cü ildən komandaya rəhbərlik edirdi. Onun rəhbərliyi altında "Kristal Pelas" İngiltərə Kuboku, İngiltərə Superkuboku və UEFA Konfrans Liqasının qalibi olub.
Qeyd edək ki, Qlasner "Ayntraxt", "Volfsburq", LASK, "Rid" və "Zaltsburq" klublarına da rəhbərlik edib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0