“Fənərbaxça”nın baş məşqçi axtarışları ilə bağlı yeni iddia ortaya atılıb.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin Antonio Konte ilə maraqlandığı bildirilir.
“Sabah”ın məlumatına görə, italiyalı mütəxəssis “sarı-lacivərdlilər”in təklifini qəbul etməyə müsbət yanaşır. Lakin Konte bunun üçün rəhbərlik qarşısında bir şərt irəli sürüb.
İddiaya görə, təcrübəli çalışdırıcı “Fənərbaxça”ya keçəcəyi halda Kevin De Bröynenin də komandaya transfer olunmasını istəyir.
Konte bu keçid üçün “Mən gəlsəm, Kevin De Bröyne də mənimlə birlikdə gələcək” şərtini irəli sürüb.
Qeyd edək ki, Kevin De Bröyne bu mövsüm “Napoli”nin heyətində A Seriyasında 17 oyuna çıxıb, 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.