Kordobanın məsləhəti ilə: “Beşiktaş” kolumbiyalı qapıçı gətirir
06.02.2026 - 15:48
Kordobanın məsləhəti ilə: “Beşiktaş” kolumbiyalı qapıçı gətirir

İstanbul təmsilçisi “Beşiktaş” qış transfer pəncərəsində qapıçı mövqeyini gücləndirmək üzrədir.

Apasport.az xəbər verir ki, "ağ-qaralar" İtaliya klubu "Roma"da çıxış edən kolumbiyalı qapıçı Devis Vaskezi heyətinə qatmağa yaxındır.

27 yaşlı əlcək sahibi ilə ilkin razılıq əldə olunub. Vazkez mövsümün geri qalanını satınalma şərtiylə icarə əsasında “Beşiktaş”da keçirəcək.

Qapıçının tibbi müayinədən keçməsi və rəsmi müqavilə imzalaması üçün bu axşam İstanbula gəlməsi gözlənilir.

Məlumata görə, “qartallar”ın kolumbiyalı sabiq qapıçısı Oskar Kordoba bu transferlə bağlı kluba müsbət rəy verib və Vaskezin komandaya faydalı ola biləcəyini bildirib.