"Kruzeyro"da yeni baş məşqçi
22.03.2026 - 21:00
“Kruzeyro”ya yeni baş məşqçi təyinatı reallaşıb.
Apasport.az xəbər verir ki, bu posta Artur Jorgeyə təyin olunub.
Mütəxəssislə 2027-ci ilin sonuna qədər müqavilə imzalanıb. Onun məşqçilər heyətində Andre Kunya, Joao Kardozu, Tiaqo Lopes və Rodriqo Mira yer alacaq.
Xatırladaq ki, Artur Jorge daha əvvəl “Braqa”, “Botafoqo” və “Əl-Rayyan” kimi klublarda çalışıb.
Qeyd edək ki, hazırda “Kruzeyro” 3 xalla Braziliya A Seriyasında 20-ci pillədədir.
0
0