Kuadrado rəsmən “Piza”da
06.08.2025 - 23:54
Kuadrado rəsmən “Piza”da

Xuad Kuadradonun yeni komandası bəlli olub.

Apasport.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi "Piza"ya keçib.

Kolumbiyalı futbolçu kluba sərbəst agent kimi qoşulub.

Tərəflər arasında razılaşma bir illik nəzərdə tutulub.

Qeyd edək ki, Kuadrado son mövsümü "Atalanta"da keçirib. O, 23 oyunda 2 qolla yadda qalıb.