La Liqa klubu baş məşqçisi ilə yollarını ayırıb
09.10.2025 - 14:11
La Liqa klubu baş məşqçisi ilə yollarını ayırıb

İspaniyanın “Ovyedo” klubu baş məşqçi Velko Paunoviçi istefaya göndərib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Paunoviçlə yanaşı, onun köməkçiləri də komandadan gedib.

Qeyd edək ki, “Ovyedo” bu mövsüm La Liqaya qayıdıb. Komanda hazırda İspaniya çempionatının 8 turundan sonra 6 xalla 17-ci yerdədir.