La Liqa klubunda ayrılıq - RƏSMİ
24.02.2026 - 20:25
İspaniya La Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Apasport.az xəbər verir ki, "Malyorka" Yaqoba Arrasate ilə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
47 yaşlı mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilib. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Yaqoba Arrasate 2024-cü ilin yayında "Malyorka"nın baş məşqçisi vəzifəsində təyin olunmuşdu. Komanda La Liqada 25 turdan sonra 24 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
- Kerem Demirbaydan “Qalatasaray” açıqlaması
- Entoni Teylorun seçimləri – Super Liqada hakim təyinatları
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
0
0