"Atletiko Madrid"in heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, Nauel Molina sıradan çıxıb.
Argentinalı müdafiəçi La Liqanın 35-ci turunun "Selta" ilə matçında zədələnib.
Molinanın bud əzələsində zədə aşkarlanıb. 28 yaşlı futbolçu 20 gün yaşıl meydanlardan uzaq qalacaq. Bu isə onun mövsümün qalan üç oyununda iştirak etməyəcəyi deməkdir.
Argentina millisinin üzvü iyunda başlayacaq dünya çempionatına kimi hazır olacaq.
Qeyd edək ki, "Atletiko" Nahuel Molinanı 2022-ci ilin yayında "Udineze"dən 20 milyon avroya transfer edib. Təcrübəli sağ cinah müdafiəəçisi cari mövsümdə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”