La Liqada ayın ən yaxşı baş məşqçisi müəyyənləşib
08.09.2025 - 17:35

İspaniya La Liqasında avqust ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, "Real Madrid"in baş məşqçisi Xabi Alonso bu mükafata layiq görülüb.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı mütəxəssisin rəhbərliyi ilə komanda avqust ayında çıxdığı 3 matçın hamısında qələbə qazanıb.
Qeyd edək ki, kral klubu növbəti turda "Real Sosyedad"ın qonağı olacaq.
0
0