Lempard “Koventri”də qalır - Yeni müqavilə imzalanacaq
01.07.2026 - 00:01
Lempard “Koventri”də qalır - Yeni müqavilə imzalanacaq

“Koventri Siti” baş məşqçisi Frenk Lempardla yeni müqavilə barədə razılığa gəlib.

Apasport.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Mənbənin sözlərinə görə, tərəflər 3 illik yeni sözləşmə ilə bağlı bütün məsələlərdə razılıq əldə ediblər.

Qeyd edək ki, Lempard 2024-cü ilin noyabrından "Koventri Siti"ni çalışdırır.

Onun rəhbərliyi altında komanda 2025/26 mövsümündə 46 turdan sonra 95 xalla Çempionşipin qalibi olub və 25 illik fasilədən sonra yenidən İngiltərə Premyer Liqasına yüksəlib.