"Leypsiq"dən Xavi üçün Əvəzedici
01.08.2025 - 17:22
"Leypsiq"dən Xavi üçün Əvəzedici

Bundesliqa təmsilçisi "Leypsiq" ayrılığı gündəmdə olan Xavi Simons üçün əvəzləyici tapıb.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya klubu "Çelsi"yə keçidi ehtimal olunan niderlandlı yarımmüdafiəçinin yerinə "Lester Siti"nin şərəfini qoruyan Bilal El Xannusu heyətinə qatmaq istəyir.

26 milyon avro transfer dəyəri olan futbolçu ilə "Lids", "Kristal Pelas", "Vest Hem" və "Əl-Əhli" klubları da yaxından maraqlanır.

Qeyd edək ki, Bilal El Xannus ötən mövsüm "Lester" forması ilə çıxdığı 36 matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.