
İngiltərə Premyer Liqası təmsilçilərindən "Liverpul" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, mersisaydlılar "Borussiya Dortmund"da çıxış edən Niko Şlotterbeki transfer etmək istəyir.
Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
"Liverpul" alman müdafiəçini mövsümün sonunda müqaviləsi başa çatan Vircil van Daykın əvəzləyicisi kimi görür.
Mənbənin məlumatına görə, Premyer Liqa təmsilçisi 25 yaşlı futbolçu üçün 50 milyon avronu gözdən çıxarıb.
Xatırladaq ki, "Dortmund" Niko Şlotterbeki 2022-ci ilin yayında"Frayburq"dan 20 milyon avro qarşılığında transfer edib.
Qeyd edək ki, Almaniya millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 4 assistlə yadda qalıb.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?