“Liverpul” Portuqaliya millisinin üzvü ilə maraqlanır
31.05.2025 - 20:20
İngiltərə Premyer Liqası təmsilçilərindən "Liverpul" heyətinə yeni hücumçu cəlb etməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, mersisaydlıların əsas hədəfi PSJ-də çıxış edən Qonçalo Ramosdur.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Premyer Liqa klubu oyunçu üçün 60 milyon ödəməyə hazırdır.
Xatırladaq ki, PSJ 23 yaşlı hücumçunu 2023-cü ilin yayında "Benfika"dan transfer edib.
Portuqaliya millisinin üzvü bu mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 18 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0