"Liverpul" Tsimikas ilə yollarını ayırır
19.08.2025 - 14:40
Son ingiltərə çempionu "Liverpul" sol cinah müdafiəçisi Konstantinos Tsimikas ilə yollarını ayırır.
Apasport.az xəbər verir ki, yunanıstanlı futbolçu mersisaydlıların bu mövsümkü planlarında yer almır.
Bu yay Miloş Kerkezin gəlişi ilə müdafiənin sol cinahını möhkəmləndirən Premyer Liqa təmsilçisi 29 yaşlı oyunçu ilə yollarını ayırmaq qərarına gəlib.
Yunanıstan millisinin üzvü ilə "Nottingem" və "Lids" klubları yaxından maraqlanırlar.
Qeyd edək ki, Tsimikas 2020-ci ildə "Liverpul"a "Olimpiakos"dan transfer edilmişdi.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0